Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının Rəsmi Web Səhifəsinə Xoş Gəlmisiniz !

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.

Buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanovun 28.02.2005 tarixli 89 saylı Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında əmrinə, 06-07 may 2005-ci il tarixlərində Təhsil Naziri M.Mərdanov və Gənclər İdman və Turizm Naziri Ə.Qarayev tərəfindən imzalanmış «Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının əsasnaməsi»nə uyğun olaraq digər universitetlərlə yanaşı Bakı Dövlət Universitetdə də 2005-ci ilin iyun ayının 3-də «Tələbə Gəncələr Təşkilatı» yaradılmışdır.

Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilmişdir. Təhsil müəssisələrində muxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

24 noyabr 2010-cu il tarixində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının 3-cü hesabat-seçki konfransı keçirilmişdir. Konfransın yekununda Məmmədbağır Məmmədov təşkilatın sədri seçilmişdir və hal – hazırda təşkilata sədrlik edir.

 

Universitetdə 17 fakültə olduğu üçün, təşkilatda 17 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və mərkəz olan Bakı Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. BDU TGT 3-cü seçki-hesabat konfransından sonra təşkilatın fəaliyyətini təkmilləşdirmək məqsədi ilə bir sıra struktur dəyişiklikləri həyata keçirdi. Beləki, əsas istiqamətlər üzrə ixtisaslaşmış departamentlər təşkil olundu: 1) Elm və təhsil departamenti; 2) Layihələr departamenti; 3) Beynəlxalq əlaqələr departamenti; 4) İnsan resursları departamenti; 5) İctimayyətlə əlaqələr departamenti. Hər bir departament öz fəaliyyətini müəyyən edilmiş məqsədlər üzrə qurmuşdur.

ELM və TƏHSİL departamentinin əsas məqsədi elm və təhsillə bağlı olan proqramların, layihələrin həyata keçirilməsidir. Bununla bağlı olaraq departament müxtəlif intellektual oyunları, debat yarışlarını, olimpiadaları, inşa yazı müsabiqələrini və sair bu səpkili tədbirləri həyata keçirir.

LAYİHƏLƏR departamenti təşkilatın müxtəlif sahələrdə həyata keçirmək istədiyi ideyaları, təklifləri dəstəkləmək məqsədi ilə layihələr tərtib edir, onların reallaşmasını və idarə olunmasını təmin edir.

BEYNƏLXALQ ƏLAQƏLƏR departamenti Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının beynəlxalq əməkdaşlığın qurulmasında, xarici universitetlərin tələbə təşkilatları ilə ikitərəfli münasibətlərin yaranmasında, razılaşmaların bağlanmasında, Universitet tələbələrin beynəlxalq tədbirlərdə, konfranslarda iştrak etməsinə yardımçı olur və bu sahənin daha da genişlənməsi üçün tədbirlər həyata keçirir.

İNSAN RESURSLARI departamenti təşkilat üzvlərinin üçotunu aparır, yeni üzvlərinin qəbulunu həyata keçirir, tədbirlərdə tələbələrin iştrakını, həyata keçirilən layihələr üzrə əlaqəli şəxslərin, təşkilat komitəsinin işinin səmərəli keçməsini təmin edir.

İCTİMAYYƏTLƏ ƏLAQƏLƏR departamenti həyata keçirilən tədbirlərə dair məlumatlar hazırlayır, keçirilən iclasların protokol və qərarlarını tərtib edir, kargüzalıq işini təşkil edir, təşkilat haqda təqdimatları hazırlayır və fəaliyyət haqda informasiyanın yayılmasını təmin edir.

Məmmədov Məmmədbağır Qasım oğlu
BDU Tələbə Gənclər Təşkilatının Sədri

Əlaqə: Tel:  

+994 12 510 25 87

+994 55 667 40 92

e-mail: gmail.com">m.mamedbagir@gmail.com

Məmmədov Məmmədbağır Qasım oğlu 21 noyabr 1987-ci ildə Estoniya Respublikası Tallinn şəhərində anadan olmuşdur.

2005-ci ildə Bakı şəhəri Səbail rayonu 189 saylı orta məktəbin XI sinifini bitirərək Bakı Dövlət Universitetinin politologiya ixtisasına daxil olmuşdur. 2009-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

May 2005-ci il “Azərbaycan tarixi” rayon olimpiadasının qalibi və mükafatçısı.

Noyabr 2005 Bakı, Azərbaycan “Kavkaz gənclərin gözü ilə” seminar-konfrans. “Gənclik və Təhsil” movzusunda məruzə ilə çıxış.

Noyarb-Dekabr 2005-ci il British Council və SPACE TV-nin birgə təşkil etdiyi “Avropa İttifaqı və Mən” telelayihəsinin iştirakcısı.

May 15-18, 2006 Bakı, Azərbaycan ABA-CEELİ-nin “MEDİASİYA” treininqi.

İyun – İyul 2006 Şamaxı, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Gənclərin iştrakçılıq problemləri və gənclər təşkilatlarının inkişafı” mövzusunda ilk yay məktəbinin məzunu.

Noyabr 2006, Bakı Azərbaycan. Gənclər və İdman Nazirliyinin təşkil etdiyi  “Qarabağ gənclərin gözü ilə” adlı seminar-konfransın iştrakçısı.

23-28 yanvar 2007-ci il Moskva. Rusiya Federasiyası. “Beynəlxalq Tələbə və Gənclər təşkilatlarının forumu”-da Azərbaycan nümayəndə heyətinin üzvü.

28 yanvar – 2 fevral 2007- ci il. Minsk Belarusiya. “Beynəlxalq Tələbə və Gənclər təşkilatlarının II-ci qurultayı”-da Azərbaycan nümayəndə heyətinin üzvü.

May 2007 Ukrayna, Krım “Hamı fərgli, hamı bərabər” təlim kursu

Avgust 2007, Avstriya “Avropa Gənclər Kongresi”.

MDB gənclərinin I forumu, avqust 2008, Rusiya, Kabardino-Balkariya

Lomonosov adına beynəlxalq elmi konfrans, aprel 2009, Rusiya, Moskva

“Sivilizasiyalar arası dialoq” beynəlxalq konfrans, oktyabr 2010, Ukrayna, Kiyev

Beynəlxalq tələbə gənclər təşkilatları liderlərinin VI forumu, yanvar 2011, Rusiya Moskva.

2006-2007-ci il kimi Bakı Dövlət Universitetinin Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri;

2007-2009-ci il İctimai Televiziya və Radio Yayımları şirkəti redaktor; 2006-2009-cu il «Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı» İctimai Birliyinin prezidenti; 2010-ci ildən Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri

Bookmark and Share