Search

Axtarış

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.

Buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanovun 28.02.2005 tarixli 89 saylı Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında əmrinə, 06-07 may 2005-ci il tarixlərində Təhsil Naziri M.Mərdanov və Gənclər İdman və Turizm Naziri Ə.Qarayev tərəfindən imzalanmış «Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının əsasnaməsi»nə uyğun olaraq digər universitetlərlə yanaşı Bakı Dövlət Universitetdə də 2005-ci ilin iyun ayının 3-də «Tələbə Gəncələr Təşkilatı» yaradılmışdır.

Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilmişdir. Təhsil müəssisələrində muxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

24 noyabr 2010-cu il tarixində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının 3-cü hesabat-seçki konfransı keçirilmişdir. Konfransın yekununda Məmmədbağır Məmmədov təşkilatın sədri seçilmişdir və hal – hazırda təşkilata sədrlik edir.

Universitetdə 17 fakültə olduğu üçün, təşkilatda 17 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və mərkəz olan Bakı Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. BDU TGT 3-cü seçki-hesabat konfransından sonra təşkilatın fəaliyyətini təkmilləşdirmək məqsədi ilə bir sıra struktur dəyişiklikləri həyata keçirdi. Beləki, əsas istiqamətlər üzrə ixtisaslaşmış departamentlər təşkil olundu: 1) Elm və təhsil departamenti; 2) Layihələr departamenti; 3) Beynəlxalq əlaqələr departamenti; 4) İnsan resursları departamenti; 5) İctimayyətlə əlaqələr departamenti. Hər bir departament öz fəaliyyətini müəyyən edilmiş məqsədlər üzrə qurmuşdur.

ELM və TƏHSİL departamentinin əsas məqsədi elm və təhsillə bağlı olan proqramların, layihələrin həyata keçirilməsidir. Bununla bağlı olaraq departament müxtəlif intellektual oyunları, debat yarışlarını, olimpiadaları, inşa yazı müsabiqələrini və sair bu səpkili tədbirləri həyata keçirir.

LAYİHƏLƏR departamenti təşkilatın müxtəlif sahələrdə həyata keçirmək istədiyi ideyaları, təklifləri dəstəkləmək məqsədi ilə layihələr tərtib edir, onların reallaşmasını və idarə olunmasını təmin edir.

BEYNƏLXALQ ƏLAQƏLƏR departamenti Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının beynəlxalq əməkdaşlığın qurulmasında, xarici universitetlərin tələbə təşkilatları ilə ikitərəfli münasibətlərin yaranmasında, razılaşmaların bağlanmasında, Universitet tələbələrin beynəlxalq tədbirlərdə, konfranslarda iştrak etməsinə yardımçı olur və bu sahənin daha da genişlənməsi üçün tədbirlər həyata keçirir.

İNSAN RESURSLARI departamenti təşkilat üzvlərinin üçotunu aparır, yeni üzvlərinin qəbulunu həyata keçirir, tədbirlərdə tələbələrin iştrakını, həyata keçirilən layihələr üzrə əlaqəli şəxslərin, təşkilat komitəsinin işinin səmərəli keçməsini təmin edir.

İCTİMAYYƏTLƏ ƏLAQƏLƏR departamenti həyata keçirilən tədbirlərə dair məlumatlar hazırlayır, keçirilən iclasların protokol və qərarlarını tərtib edir, kargüzalıq işini təşkil edir, təşkilat haqda təqdimatları hazırlayır və fəaliyyət haqda informasiyanın yayılmasını təmin edir.

Yaradılmış yeni strukturla Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 2010 – 2011 – ci tədris ilində aşağıdakı tədbirləri həyata keçirərək yeni uğurlar və nailiyyətlər əldə etmişdir. 19.11.2010-cu il tarixində Qurban bayramı münasibətilə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı Suraxanı rayonun 7 saylı xüsusi internat məktəbində bayram sovqatı və konsert proqramı ilə qonaq olmuşdur. 17.12.2010 tarixində “Xəyalların dizayn edilməsi” adlı seminar, 20. 12. 2010-cu il tarixində “İB TRENİNQ ALİANCE” İctimai Birliyi ilə birgə “Məqsədlərin təyin edilməsi” adlı treyninq həyat keçirmişdir. 17-18 dekabr tarixlərində “Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birlik ilə birgə “Layihələrin yazılması və tərtibatı qaydaları” adlı təlim kursu reallaşdırmışdı. TGT-ı BM və BH fakültəsində hər həftənin cümə günü olmaqla ingilis dili danışıq kursları və noyabr ayından etibarən isə “Rus mərkəzi” ilə birgə rus dili kursları təşkil olunmuşdur. 07.12.2010-cu il tarixində Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Atıçılıq yarışında Bakı Dövlət Universitetinin tələbəsi, Filologiya fakültəsinin TGT-nın sədri Elmin Allahverdiyev 46 bal yığaraq I yer tutmuşdur. Həmçinin tələbələr üçün bir sıra dəyirmi masalarda təşkil olunmuşdur, bunların sırasına “Ətraf mühitin qorunması” adlı ekoloji seminar, BMT-nin köməkliyi ilə 10 dekabr Beynəlxalq insan hüquqlarının müdafiəsi günü ilə əlaqədar dəyirmi masa aid edilə bilər. Universitet tələbələri arasında Kim? Nə? Hara? Intellektual oyun həyata keçirilmişdir və “ADR” komandası yarışmanın qalibi olmuşdur. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı bütün yerli tədbirlərlə birgə beynəlxalq əməkdaşlığıda genişləndirmişdir. Beləki, təşkilat Ukraynanın Taras Şevçenko adına Kiyev Milli universitetinin tələbə təşkilatı ilə əməkdaşlıq haqda razılaşma bağlamışdır. 22 dekabr 2010-cu ildə Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz universitetinin professoru Dr. Əhməd Sözen Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin tələbələrinə “Türkiyənin xarici siyasəti və Kipr məsələsi” mövzusunda seminar təşkil edilmişdir. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı bütün tələbə təşkilatlarını birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetin futbol üzrə yığma komandası Milli qəhraman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş futbol yarışmasında iştrak etmişdir, həmçinin universitetlər arası təşkil olunmuş breyring yarışmasında universitetin tələbələri cəlb olunmuşdur. Əməkdaşlıq çərçivəsində Avropada geniş yayılmış “European Youth Student Card” endirim kartları tələbələr arasında təbliğ edilmişdir. Bununla birgə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 15 noyabr Beynəlxalq tələbə günü ilə əlaqədar Respublikada “Tələbə Həftəsi” silsiləvi tədbirlər həyata keçirmişdi. Bakı Dövlət Universitetinin tələbəsi Həşimova Zibeydə “Azərbaycan tələbəsi 2025-ci ildə” adlı inşa yazı müsabiqəsinin qaliblər sırasına daxil olmuşdur, digər tələbəmiz isə Hümbətova Aytac universitetlər arası şahmat turnirində mükafatçıların arasına düşə bilmişdir.

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 2010 – 2011 – ci tədris ilinin II-ci yarım ilindədə fəaliyyətini dahada səmərəli təşkil etmişdir. İlin əvvəlində “20 yanvar”, 26 fevral Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərini reallaşdırmışdır. Qeyd etmək lazımdır ki, tədbirlər özünəməxsusluğu ilə seçilirdi və Universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr, öz ixtisas prizmasından bu tarixi hadisələrə qiymət vermişdirlər. Hüquqşünas bu faciələrin hüquqi qiymətini, tarixçi tarixi əhəmiyyətini, iqtisadçı iqtisadi fəsadlarını bildirmişdir. Bununla yanaşı 31 mart dünya azərbaycanlıların soyqırımı ilə bağlı olaraq Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi “Qarabağ dünyaya yayılan səsi…” adlı publisistik inşa yazı müsabiqəsi təşkil etmişdir və tələbələr əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, faciələri araşdıraraq öz inşalarını təqdim etmişdirlər. Həmçinin 31 mart günü ilə əlaqədar olaraq Universitetin kompyuter otağında 20 tələbə dünyanın müxtəlif ölkələrində yaşayan ictimai-siyasi nüfuza malik olan şəxslərə E-mail attack həyata keçirərək, Azərbaycanın həqiqətlərini dünya ictimayyətinə çatdırmışdırlar. Aprel ayında Tələbə Gənclər Təşkilatı əməkdaşlığa geniş yer verərək, “Gənclərin Həmrəliyinə Dəstək” ictimai birliklə “Siqaretə YOX dəyək” devizi altında sağlamlığın qorunmasına yönəlmiş maarifləndirici tədbir reallaşdırmışdır və “İRƏLİ” ictimai birliklə isə ətraf mühitin mühafizəsi ilə bağlı və “Earth day” gününün keçirilməsi ilə əlaqədar olaraq Universitet tələbələrinə Yer kürəsi haqda məlumat xarakterli seminar təşkil etmişdirlər. Daha sonra Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı Bakı şəhəri Gənclər və İdman Baş İdarənin təşkilatçılığı ilə Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasını reallaşdırmışdır. 10 may Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə ilk dəfə olaraq tələbələr arasında “Gül festivalı” həyata keçirilmişdir. Festivalda Universitetin 17 fakültəsi və 6 digər ali müəssələrin TGT-ləri iştrak etmişdirlər. 28 may Respublika gününə həsr olunmuş “Tariximizin şanlı səhifələri” adlı elmi praktiki konfrans çərçivəsində Yasamal rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə inşa yazı müsabiqəsi təşkil olunmuşdur. Yarım il çərçivəsində tələbələr arasında müxtəlif intellektual bacarıqlarını artırılması üçün işlər görülmüşdür, bunların arasında debat turnirlərinin keçirilməsi, breyring yarışların təşkil edilməsi aid edilə bilər. Həmçinin, beynəlxalq əlaqələrin inkişafı üçün müəyyən addımlar atılmışdır. Belə ki, yanvar ayında Moskvaya təşkil olunmuş səfər çərçivəsində Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tələbə Birliyi arasında geniş əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanmışdır. İctimai fəal tələbələrimiz Almaniyada, Fransada, Türkiyədə, Koreyada və digər xarici ölkələrdə müxtəlif səpkili tədbirlərdə iştrak edərək uğurlar əldə etmişdirlər. Qeyd edək ki, Yasamal rayon Gənclər və İdman idarəsi, Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdikləri müxtəlif idman, intellektual, mədəni-kütləvi və digər bu tipli tədbirlərdə Universitet tələbələrinin iştrakı təmin olunmuşdur və bir neçə layihələrdə tələbələrimiz və bütövlükdə təşkilat önəmli yerlər əldə etmişdirlər.


Bookmark and Share