Search

Axtarış

Bakı Dövlət Universiteti «Tələbə-Gənclər Təşkilatı»-nın 2010-2011-ci tədris ili üçün gördüyü işlər barədə H E S A B A T I

Yaradılmış yeni strukturla Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 2010 – 2011 – ci tədris ilində aşağıdakı tədbirləri həyata keçirərək yeni uğurlar və nailiyyətlər əldə etmişdir. 19.11.2010-cu il tarixində Qurban bayramı münasibətilə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı Suraxanı rayonun 7 saylı xüsusi internat məktəbində bayram sovqatı və konsert proqramı ilə qonaq olmuşdur. 17.12.2010 tarixində “Xəyalların dizayn edilməsi” adlı seminar, 20. 12. 2010-cu il tarixində “İB TRENİNQ ALİANCE” İctimai Birliyi ilə birgə “Məqsədlərin təyin edilməsi” adlı treyninq həyat keçirmişdir. 17-18 dekabr tarixlərində “Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birlik ilə birgə “Layihələrin yazılması və tərtibatı qaydaları” adlı təlim kursu reallaşdırmışdı. TGT-ı BM və BH fakültəsində hər həftənin cümə günü olmaqla ingilis dili danışıq kursları və noyabr ayından etibarən isə “Rus mərkəzi” ilə birgə rus dili kursları təşkil olunmuşdur. 07.12.2010-cu il tarixində Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Atıçılıq yarışında Bakı Dövlət Universitetinin tələbəsi, Filologiya fakültəsinin TGT-nın sədri Elmin Allahverdiyev 46 bal yığaraq I yer tutmuşdur. Həmçinin tələbələr üçün bir sıra dəyirmi masalarda təşkil olunmuşdur, bunların sırasına “Ətraf mühitin qorunması” adlı ekoloji seminar, BMT-nin köməkliyi ilə 10 dekabr Beynəlxalq insan hüquqlarının müdafiəsi günü ilə əlaqədar dəyirmi masa aid edilə bilər. Universitet tələbələri arasında Kim? Nə? Hara? Intellektual oyun həyata keçirilmişdir və “ADR” komandası yarışmanın qalibi olmuşdur. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı bütün yerli tədbirlərlə birgə beynəlxalq əməkdaşlığıda genişləndirmişdir. Beləki, təşkilat Ukraynanın Taras Şevçenko adına Kiyev Milli universitetinin tələbə təşkilatı ilə əməkdaşlıq haqda razılaşma bağlamışdır. 22 dekabr 2010-cu ildə Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz universitetinin professoru Dr. Əhməd Sözen Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin tələbələrinə “Türkiyənin xarici siyasəti və Kipr məsələsi” mövzusunda seminar təşkil edilmişdir. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı bütün tələbə təşkilatlarını birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetin futbol üzrə yığma komandası Milli qəhraman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş futbol yarışmasında iştrak etmişdir, həmçinin universitetlər arası təşkil olunmuş breyring yarışmasında universitetin tələbələri cəlb olunmuşdur. Əməkdaşlıq çərçivəsində Avropada geniş yayılmış “European Youth Student Card” endirim kartları tələbələr arasında təbliğ edilmişdir. Bununla birgə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 15 noyabr Beynəlxalq tələbə günü ilə əlaqədar Respublikada “Tələbə Həftəsi” silsiləvi tədbirlər həyata keçirmişdi. Bakı Dövlət Universitetinin tələbəsi Həşimova Zibeydə “Azərbaycan tələbəsi 2025-ci ildə” adlı inşa yazı müsabiqəsinin qaliblər sırasına daxil olmuşdur, digər tələbəmiz isə Hümbətova Aytac universitetlər arası şahmat turnirində mükafatçıların arasına düşə bilmişdir. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 2010 – 2011 – ci tədris ilinin II-ci yarım ilindədə fəaliyyətini dahada səmərəli təşkil etmişdir. İlin əvvəlində “20 yanvar”, 26 fevral Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərini reallaşdırmışdır. Qeyd etmək lazımdır ki, tədbirlər özünəməxsusluğu ilə seçilirdi və Universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr, öz ixtisas prizmasından bu tarixi hadisələrə qiymət vermişdirlər. Hüquqşünas bu faciələrin hüquqi qiymətini, tarixçi tarixi əhəmiyyətini, iqtisadçı iqtisadi fəsadlarını bildirmişdir. Bununla yanaşı 31 mart dünya azərbaycanlıların soyqırımı ilə bağlı olaraq Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi “Qarabağ dünyaya yayılan səsi…” adlı publisistik inşa yazı müsabiqəsi təşkil etmişdir və tələbələr əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, faciələri araşdıraraq öz inşalarını təqdim etmişdirlər. Həmçinin 31 mart günü ilə əlaqədar olaraq Universitetin kompyuter otağında 20 tələbə dünyanın müxtəlif ölkələrində yaşayan ictimai-siyasi nüfuza malik olan şəxslərə E-mail attack həyata keçirərək, Azərbaycanın həqiqətlərini dünya ictimayyətinə çatdırmışdırlar. Aprel ayında Tələbə Gənclər Təşkilatı əməkdaşlığa geniş yer verərək, “Gənclərin Həmrəliyinə Dəstək” ictimai birliklə “Siqaretə YOX dəyək” devizi altında sağlamlığın qorunmasına yönəlmiş maarifləndirici tədbir reallaşdırmışdır və “İRƏLİ” ictimai birliklə isə ətraf mühitin mühafizəsi ilə bağlı və “Earth day” gününün keçirilməsi ilə əlaqədar olaraq Universitet tələbələrinə Yer kürəsi haqda məlumat xarakterli seminar təşkil etmişdirlər. Daha sonra Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı Bakı şəhəri Gənclər və İdman Baş İdarənin təşkilatçılığı ilə Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasını reallaşdırmışdır. 10 may Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə ilk dəfə olaraq tələbələr arasında “Gül festivalı” həyata keçirilmişdir. Festivalda Universitetin 17 fakültəsi və 6 digər ali müəssələrin TGT-ləri iştrak etmişdirlər. 28 may Respublika gününə həsr olunmuş “Tariximizin şanlı səhifələri” adlı elmi praktiki konfrans çərçivəsində Yasamal rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə inşa yazı müsabiqəsi təşkil olunmuşdur. Yarım il çərçivəsində tələbələr arasında müxtəlif intellektual bacarıqlarını artırılması üçün işlər görülmüşdür, bunların arasında debat turnirlərinin keçirilməsi, breyring yarışların təşkil edilməsi aid edilə bilər. Həmçinin, beynəlxalq əlaqələrin inkişafı üçün müəyyən addımlar atılmışdır. Belə ki, yanvar ayında Moskvaya təşkil olunmuş səfər çərçivəsində Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tələbə Birliyi arasında geniş əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanmışdır. İctimai fəal tələbələrimiz Almaniyada, Fransada, Türkiyədə, Koreyada və digər xarici ölkələrdə müxtəlif səpkili tədbirlərdə iştrak edərək uğurlar əldə etmişdirlər. Qeyd edək ki, Yasamal rayon Gənclər və İdman idarəsi, Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdikləri müxtəlif idman, intellektual, mədəni-kütləvi və digər bu tipli tədbirlərdə Universitet tələbələrinin iştrakı təmin olunmuşdur və bir neçə layihələrdə tələbələrimiz və bütövlükdə təşkilat önəmli yerlər əldə etmişdirlər. Bookmark and Share