Search

Axtarış

DEBAT KLUB

Bakı Dövlət Universiteti Debat Klubu

Bakı Dövlət Universiteti Debat Klubunun fəaliyyəti 2011-ci ildə Məmmədbağır Cəbrayılov tərəfindən bərpa olunmuşdur. Bu addımda Polad Muradlı, Zinyət Şamıyeva və Bəkir Nəbiyev də onunla birlikdə olmuşdur. Elə həmin ilin oktyabr-noyabr aylarında Ülvi Mövsümzadə tərəfindən Klubumuzun rus bölməsi yaradılmışdır. Klubumuzun rəsmi olaraq ilk çempionluğu 2012-ci ildə Bakı Gənclər Debat Forumunda “Kapitan Qrantın uşaqları” komandası – ( Fəxriyyə Balakişiyeva, Şəbnəm Soltanlı, Murad Muradov) qazanmışdır. Bu zaman Polad Muradlı ən yaxşı məşqçi seçilmişdir. Kərim Kərimov isə həmin turnirin ən yaxşı ikinci natiqi və klubumuzun sədri seçilmişdir,fəaliyyətini 2014-cü ilə qədər davam etdirmişdir.2013-cü il yaz kubokunda PD formatlı Respublika turniri keçirildi. Turnirin çempionu klubumuzu təmsil edən “KaNNkret” komandası – (Orxan Ağayev və Camal Vəlizadə) oldu. Turnirin ən yaxşı məşqçisi Kərim Kərimov, ən yaxşı birinci natiqi Orxan Ağayev, ən yaxşı ikinci natiqi isə Camal Vəlizadə olmuşdur. 2013-cü il qış kubokunda KPD formatlı Respublika çempionatında klubumuzun təmsilçisi “KaNNkret” komandası- ( Rəqsanə Kərimova, Camal Vəlizadə, Orxan Ağayev) olmuşdur. Ən yaxşı məşqçi adına Kərim Kərimov layiq görülmuüşdür. Turnirin ən yaxşı birinci natiqi isə Camal Vəlizadə seçilmişdir. Rus bölməsi üzrə isə “Triada” komandası Respublika çempionu olmuşdur. Rus bölməsi üzrə ən yaxşı məşqçi adına Nigar Mamedova layiq görülmüşdür. Ən yaxşı birinci natiq Elnur Məmmədli, ən yaxşı üçüncü natiq isə Alexandra Yegerova seçilmişdir. 2015-ci il Respublika Gənclər Debat Forumunda KPD yaz kubokunda “KaNNkret” komandası – ( Zibeydə Hüseynova, Emin Məmmədov, Rəqsanə Kərimova) qalib olmuşdur. Turnirin ən yaxşı ikinci natiqi Rəqsanə Kərimova, ən yaxşı üçüncü natiqi isə Zibeydə Hüseynova seçilmişdir. Qış kubokunda KPD formatlı Respublika çemoionluğunda isə “Qeyd-Şərtsiz” komandası- (Fidan Süleymanlı, Nicat Qocayev, Seyidməmməd Məmmədzadə) qalib olmuşdur. Camal Vəlizadə ən yaxşı məşqçi adına layiq görülmüşdür. Ən yaxşı birinci natiq Nicat Qocayev, ən yaxşı ikinci natiq Seyidməmməd Məmmədzadə, ən yaxşı üçüncü natiq isə Fidan Süleymanlı olmuşdur. 2018-ci ildə BGDF yaz kubokunda Rus bölməsi üzrə “Triada” komandası – ( Nərmin Əhmədova, Vildan Hüseynov, Alsu Şərifzyanov) kubokun sahibi olmuşdur. Ən yaxşı məşqçi ilə Emil Ramazanzadə, ən yaxşı ikinci natiqlə isə Alsu Şərifzyanova təltif olunmuşdur

 

Bookmark and Share