Search

Axtarış

GƏNC İSTEDADLAR KLUBU

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Klubu 16 Mart 2018-ci il tarixində yaradılmışdır. Gənc istedadların əsas iş prinsipi talantlı, bacarıqlı tələbələrə köməklik göstərərək,onların layihələrini həyata keçirməkdir. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı sədri İsmayıl Kərimov Gənc İstedadların açılış tədbirində iştirak etmişdir. Tədbirdə müxtəlif musiqi alətlərindən ibarət ansambl gözəl ifalarla tədbiri dahada marağlı etmişdir.Gənc İstedadlar fəaliyyətə başladığı vaxtdan etibarən istedadlı,bacarıqlı tələbələrin potensialını aşkar etmiş,bu tələbələrlə müxtəlif tədbirlər həyata keçirmişdir.
Gənc İstedalar Klubu 26 Mart 2018-ci il tarixində Novruz bayramına həsr olunmuş “Yazın 7 rəngi” adlı ilk tədbirini keçirmişdir. 8 May 2018-ci il tarixində Ümumilli lider ``Heydər Əliyevə” həsr olunan maraqlı bir tədbir keçirilmişdir. Gənc İstedadlar Klubunun idarə heyyəti 10 nəfərdən ibarətdir(sədr, 3muavin). Klubun yaradıcısı və Sədri sosial elmlər və psixologiya fakültəsi II kurs tələbəsi Ağababayeva Qumraldır. Müavinləri sosial elmlər və psixologiya fakültəsi tələbələri  Erkin Hüseynov, Ləman İsmayılzadə və Məhəmməd Quliyevdir.

Bookmark and Share