Hesabat

Bakı Dövlət Universiteti «Tələbə-Gənclər Təşkilatı»-nın
2006-2007-ci tədris ili üçün gördüyü işlər barədə
H E S A B A T I

1.    Universitet Tələbə-Gənclər Təşkilatının nəzdində Debat klubunun yaradılması. 23 sentyabr 2006-cı il. Hazırda treninqlər davam edir.
2.    «Tələbə-Gənclər Təşkilatı»-nın nəzdində Bakı Dövlət Universiteti Karyera Mərkəzinin təsis olunması – 02 noyabr 2006-cı il.
3.    «Tələbə-Gənclər Təşkilatı»-nın Hesabat Seçki Konfransı ərəfəsində İdarəetmə Şurasının ümumi yığıncağının keçirilməsi.  07 noyabr 2006-cı il.
4.     25-26 noyabr 2006-cı il tarixlərində keçirilən III Bakı şəhər ali məktəbləriarası debat turnirində həm Rus, həm də Azərbaycan dilli komandalarımız I yer tutmuşdur.
5.    Noyabr ayında Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Konstitusiya gününə həsr olunmuş dəyirmi masanın keçirilməsində təşkilatı məsələri məhz təşkilatımız həyata keçirmişdir.
6.    Noyabr ayda Yasamal rayon Gənclər və İdman İdarəsinin, təşkil etdiyi narkomaniya əlehinə devizi altında qızlardan ibarət valeybol komandalarının turnirində Universitetimizin komandası II yer tutmuşdur.
7.    BDU TGT-nın nəzdində SİFE komandası yaradılmış və Milli çempionata hazırlanmışdır.
8.    21 dekabr 2006-cı il tarixində TGT-nın hesabat seçki konfransı təşkil olunmuşdur.
9.    12 mart 2007-ci il tarixində 2007-ci ilin Gənclər İli elan olunması ilə əlaqədar olaraq GİN-nin müavini İ.Babayev və TN-nin müavini E.Qasımovla gənclərin görüşü və konsert proqrammı təşkil olunmuşdur.  
10.    16 mart 2007-ci il tarixində 2 dəfə Dünya, 35 dəfə Azərbaycan çempionu  olan Üzeyir Abdullayevlə 50 tələbə arasında eynivaxtlı oyun keçirilmişdir.
11.    Bakı şəhər GİBİ-nin təşkil etdiyi Novruz bayramına həsr olunmuş Xonça müsabiqəsində BDU-nin TGT-nın xonçası ən yaxşı tərtibata görə III yerə layiq görülmüşdür.
12.    23 Aprel 2007-ci il tarixində «Qondarma Erməni Soyqırımı:tarixi həqiqətlər və faktlar» mövzusunda bir neçə QHT ilə birgə dəyirmi masa təşkil olunmuşdur.
13.    27 Aprel 2007-ci il tarixində GİBİ tərəfindən keçirilən breyn-rinq intellektual yarışmasında TGT-nın komandası İİİ yer tutmuşdur.
14.    03-06 May 2007-ci il tarixində GİN-nin Zuğulbada TGT-nın Liderləri üçün təşkil olunmuş Treninq seminarında sədr və sədr müavinləri iştirak etmiş və sədr olaraq BDU TGT-nın sədri D.A.Rəcəbli TGT-larının idarə olunması və strukturu mövzusunda çıxış etmişdir.
15.    14-16 May 2007-ci il tarixində Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş «Beynəlxalq ailə günü»nə həsr olunmuş qızlar arasında Futbol çempionatında TGT-nın yaratdığı komanda İ yer tutmuşdur.
16.     16 May 2007-ci il tarixində Şuşa və Laçın rayonlarının işğalının ildönümünə həsr olunmuş rəsmi-bədii hissəli tədbir keçirilmişdir.
17.     Bundan başqa şəxsən mən TGT-nın əsasnaməsinin yazılmasında birbaşa olaraq iştirak etmişəm.
18.     Tələbə Hesablama mərkəzi ilə Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin TGT-nın sədri ilə birgə I kurs tələbələri üçün Delfi proqramlaşdırma seminarı və Web texnologiyalar üzrə seminar təşkil olunmuşdur.
19.    14 May 2007-ci il tarixində Dünya Ticarət Təşkilatı Azərbaycan mövzusunda iqtisadçı tələbələr üçün treninq-seminar keçirmişdir.
Nəzərinizə çatdırmaq istərdim ki, Bakı Dövlət Universitetinin rektorunun icazəsi ilə bir neçə imkansız tələbəyə müxtəlif vəsaitlər hesabına aylıq maddi yardım göstərilir ki, bu da tələbələrin təhsilə marağını artırmaq məqsədi güdülür.
Təşkilatın beynəlxalq əlaqələr departamentinin gördüyü işləridə qənaətbəxş hesab etmək olar belə ki, departamentin səyləri nəticəsində təşkilatın fəal üzvlərindən bir neçə nəfəri xarici ölkələrdə keçirilən tələbələr, gənclər üçün təlim və konfranslarda iştirak etmişdir. 
Təşkilat bütün fəaliyyəti dövründə olduğu kimi keçirdiyi tədbirlər zamanıda dövrü mətbuat və kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq etmiş və keçirilən bütün tədbirlər və görülən işlər ətraflı olaraq ictimayətə çatdırılmışdır. Qeyd etmək yerinə düşərdi ki, təşkilat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Yasamal rayon Gənclər və İdman  İdarəsi ilə sıx əməkdaşlıq şəkilində fəaliyyət göstərir.
Sonda qeyd etmək istərdim ki, Təşkilat gördüyü işlər, göstərdiyi fəaliyyətə görə BDU-nin rektorluğu, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər və İdman Nazirliyinin və digər təşkilatların Fəxri fərman və Diplomları ilə təltif olunmuşdur.

Bookmark and Share