Search

Axtarış

Kitab Klubu

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “Kitabıstan” adı altında yaradılan Kitab Klubu 28 Oktyabr 2017-ci il tarixində fəaliyyətə başlamışdır. Kitab Klubunun əsas məqsədi gənclərə daha düzgün şəkildə kitab oxumağın necə mümkün olduğunu və kitab yazmaq üçün nələr etməli olduqlarını öyrətməkdir. Bu məqsədlə klub öz növbəsində ekskursiyalar,təlimlər, görüşlər təşkil edir .

Klub 11 Aprel 2018-ci il tarixində Mədəniyyət və Turizm nazirliyinin nəzdində fəaliyyət göstərən “Miniatür kitablar” muzeyinə ekskursiya təşkil etmişdir. 12 May 2018-ci il tarixində “Dərsdən kənar kitablar təhsilimizə nə verir?” mövzusunda dəyirmi masa keçirilmişdir. Eyni zamanda Kitab Klubu tələbələr üçün müxtəlif şair və yazıçılarla görüşlər təşkil etməkdədir. 27 Oktyabr 2018-ci il tarixində  Kitab Klubu Bakı Kitab Mərkəzində ekiskursiyada olmuşdur. Ekiskursiya zamanı Kitab Klubunu Sədri Qasımlı Sona, idarə heyeti və kitab oxumağı sevən tələbələr iştirak etmişdir.
Kitab Klubunun Sədri – Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin IV kurs tələbəsi Qasımlı Sonadır.

Bookmark and Share