Search

Axtarış

yeniBakı Dövlət Universiteti «Tələbə-Gənclər Təşkilatı»-nın 2011-2012-ci tədris ili üçün gördüyü işlər barədə H E S A B A T I

2012-2013- cü il tədris ilin əvvəlində BDU Tələbə Gənclər Təşkilatı Universitetə yeni qəbul olunmuş I kurslarla görüş keçirmişdir. Daha sonra sentyabr-noyabr aylarında Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının “Azərbaycan – gözəl diyar!” adlı layihə həyata keçirmişdir. Layihə çərçivəsində Universitetdə təhsil alan əcnəbi tələbələri Azərbaycanın bölgələrinə, Şəki, Gəncə, Lənkəran, Quba şəhərlərinə səfər təşkil edilmişdir. Daha sonra BDU TGT Debat klubu və BDU TGT intellektual klubu fakültələr arasında müvafiq yarışmaların keçirilməsini təşkil etmişdir və Universitetin tələbə komandası müəyyənləşdirilmişdir. Filologiya fakültəsinin TGT H. Cavidin yaradıçılıq gecəsini təşkil etmişdir və fakültə tələbələrin arasında şer müsabiqəsini həyata keçirərək qaliblərə diplomlar verilmişdir. “Bayraq” günü ilə əlaqədar olaraq BDU TGT aktiv tələbələri ilə Dövlət Bayraq meydanına və Bayraq muzeyinə ekskursiya təşkil olunmuşdur. 1 dekabr QİÇS-lə mübarizə gününə həsr olunmuş seminar və mədəni kütləvi tədbir həyata keçirilmişdir.Dünya Azərbaycanlılarının Həmrəlik gününə və Yeni ilə həsr olunmuş mədəni-kütləvi tədbir həyata keçirilmişdir. 2012-2013-cü tədris ilinin qış semestrındə TGT-nin aktiv tələbələri imtahan prosesini izləmiş və yaxından kömək etmişdir.

Bookmark and Share