Search

Axtarış


"Ekoloji etika, ekoloji mədəniyyət" müsabiqəsinə yekun vurulub

01/05/2014
BDU-da Ekologiya və Torpaqşünaslıq Fakultəsininin keçirdiyi "Ekoloji etika, ekoloji mədəniyyət" müsabiqəsinə yekun vurulub və qaliblər təltif  edilib

BDU TGT

17/09/2012
Yeni Tədris iliniz mübarək!!!

BDU-da ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Gül bayramı keçirilib

10/05/2011
Bu gün BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.

BDU-da ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Gül bayramı keçirilib

10/05/2011

Bu gün Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.

Tələbələrin hazırladıqları gül kompozisiyalarının və incəsənət nümunələrinin nümayiş etdirildiyini tədbirdə universitetin 17 fakültəsi, o cümlədən əksər ali təhsil müəssisələri iştirak ediblər.

Gül bayramına qatılan rektor, akademik Abel Məhərrəmov ulu öndərin ad günü münasibətilə təşkil edilmiş bayramın əhəmiyyətindən danışıb, kompozisiyaların fakültələrin profilinə uyğun hazırlanmasını yüksək qiymətləndirib: “İştirakçılar ümummilli liderimizi necə təsəvvür etdiklərini göstərməyə çalışıblar. Bu tədbir onu göstərir ki, bu gün Azərbaycan gəncliyi düzgün yoldadır, gənclər ümummilli liderimizin müəyyənləşdirdiyi ideya ilə yaşayırlar. Bu da ondan xəbər verir ki, Azərbaycanın böyük, işıqlı gələcəyi var. Bu gənclər Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldıra biləcəklər. Bizi sevindirən odur ki, gənc nəsil öz borcunu vaxtında başa düşür və vaxtında Heydər Əliyev addımları ilə irəli gedir.

Gül bayramının növbəti illərdə daha geniş şəkildə keçirilməsinin nəzərdə tutulduğunu bildirən rektor tədbirin təşkilatçılarına, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

BDU-nun Mətbuat vəİnformasiya şöbəsi, 10 may 2011-ci il.

Bookmark and Share