Search

Axtarış


"Ekoloji etika, ekoloji mədəniyyət" müsabiqəsinə yekun vurulub

01/05/2014
BDU-da Ekologiya və Torpaqşünaslıq Fakultəsininin keçirdiyi "Ekoloji etika, ekoloji mədəniyyət" müsabiqəsinə yekun vurulub və qaliblər təltif  edilib

BDU TGT

17/09/2012
Yeni Tədris iliniz mübarək!!!

BDU-da ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Gül bayramı keçirilib

10/05/2011
Bu gün BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.

Universitetdaxili «50+50» qrant proqramının yeni mərhələsi elan edilib

08/04/2011

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 9 iyun 2009-cu il tarixli əmrinə əsasən universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə,  universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə universitetdaxili «50+50» qrant proqramının 1 oktyabr 2011-30 iyun 2012-ci il tarixlərini əhatə edən yeni mərhələsi elan edilib.

Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formalarını BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 1 aprel 2011-ci ildən 15 may 2011-ci il tarixinədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.

Fakültə və institutların müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2011-ci il tarixinədək universitet komissiyasına təqdim edilməlidir.

2010-2011-ci illərdə universitetdaxili “50+50” qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər.

Universitetdaxili “50+50” qrant proqramı çərçivəsində alınmış nəticələrdə (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına istinad edilməlidir.

Mətbuatİnformasiya şöbəsi, 08 aprel 2011-ci il.

Bookmark and Share

Bookmark and Share