Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının Rəsmi Web Səhifəsinə Xoş Gəlmisiniz !

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.

Buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanovun 28.02.2005 tarixli 89 saylı Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında əmrinə, 06-07 may 2005-ci il tarixlərində Təhsil Naziri M.Mərdanov və Gənclər İdman və Turizm Naziri Ə.Qarayev tərəfindən imzalanmış «Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının əsasnaməsi»nə uyğun olaraq digər universitetlərlə yanaşı Bakı Dövlət Universitetdə də 2005-ci ilin iyun ayının 3-də «Tələbə Gəncələr Təşkilatı» yaradılmışdır.

Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilmişdir. Təhsil müəssisələrində muxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Universitetdə 16 fakültə olduğu üçün, təşkilatda 16 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və mərkəz olan Bakı Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. BDU TGT seçki-hesabat konfransından sonra təşkilatın fəaliyyətini təkmilləşdirmək məqsədi ilə bir sıra struktur dəyişiklikləri həyata keçirdi. Beləki, əsas istiqamətlər üzrə ixtisaslaşmış departamentlər təşkil olundu         
1) Elm və təhsil departamenti;
2) Layihələr departamenti;
3) Beynəlxalq əlaqələr departamenti;
4) İnsan resursları departamenti;
5) İctimayyətlə əlaqələr departamenti.

Hər bir departament öz fəaliyyətini müəyyən edilmiş məqsədlər üzrə qurmuşdur.

ELM və TƏHSİL departamentinin əsas məqsədi elm və təhsillə bağlı olan proqramların, layihələrin həyata keçirilməsidir. Bununla bağlı olaraq departament müxtəlif intellektual oyunları, debat yarışlarını, olimpiadaları, inşa yazı müsabiqələrini və sair bu səpkili tədbirləri həyata keçirir.

LAYİHƏLƏR departamenti təşkilatın müxtəlif sahələrdə həyata keçirmək istədiyi ideyaları, təklifləri dəstəkləmək məqsədi ilə layihələr tərtib edir, onların reallaşmasını və idarə olunmasını təmin edir.

BEYNƏLXALQ ƏLAQƏLƏR departamenti Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının beynəlxalq əməkdaşlığın qurulmasında, xarici universitetlərin tələbə təşkilatları ilə ikitərəfli münasibətlərin yaranmasında, razılaşmaların bağlanmasında, Universitet tələbələrin beynəlxalq tədbirlərdə, konfranslarda iştrak etməsinə yardımçı olur və bu sahənin daha da genişlənməsi üçün tədbirlər həyata keçirir.

İNSAN RESURSLARI departamenti təşkilat üzvlərinin üçotunu aparır, yeni üzvlərinin qəbulunu həyata keçirir, tədbirlərdə tələbələrin iştrakını, həyata keçirilən layihələr üzrə əlaqəli şəxslərin, təşkilat komitəsinin işinin səmərəli keçməsini təmin edir.

İCTİMAYYƏTLƏ ƏLAQƏLƏR departamenti həyata keçirilən tədbirlərə dair məlumatlar hazırlayır, keçirilən iclasların protokol və qərarlarını tərtib edir, kargüzalıq işini təşkil edir, təşkilat haqda təqdimatları hazırlayır və fəaliyyət haqda informasiyanın yayılmasını təmin edir.


İsmayıl Kərimov Zaur oğlu
BDU Tələbə Gənclər Təşkilatının Sədri

Əlaqə: Tel:  

+994 12 510 25 87

e-mail: ismayilkerimov96@mail.ru

Kərimov İsmayıl Zaur oğlu 1996 - cı ildə Gəncə şəhərində anadan olmuşdur.

2013 - cü ildə M.A.Abbaszadə adına 20 saylı tam orta məktəbini əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinə daxil olmuşdur. 2017 - ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi Beynəlxalq iqtisadi münasibətlər üzrə magistratura pilləsinə daxil olmuşdur.

2015-ci il tarixindən etibarən Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edir

Bookmark and Share